Misli Premyer Liqasının X turunda "Şamaxı" ilə qarşılaşacaq "Araz-Naxçıvan" oyunöncəsi son məşqini keçirib. Bununla da matça hazırlığını yekunlaşdıran komandamız bu gün Şamaxıya yola düşüb.
Qeyd edək ki, oyun oktyabrın 19-da, saat 15:30-da, Şamaxı şəhər stadionunda keçiriləcək.